Alman mütəxəssislər Azərbaycanda

27.10.2018 - 10:51

Almaniyanın  MONZA yağlarının istehsal olunduğu MİTAN zavodun yüksək vəzifəli şəxsləri: İstehsalat və marketinq üzrə direktor Zaşa Qövert (Sacha Göwert və Eksport üzrə direktor Aleksandr Karpov (Alexander Karpov) Azərbaycandakı rəsmi distributoru  “GOMAS-AUTO MMC”nin dəvəti ilə Azərbaycanda olublar. 

“Qafqazinfo” xəbər verir ki, qonaqlar əvvəlcə GOMAS AUTO-nun ofisində, yerli ustalar və mağaza sahibləri ilə görüşərək onlara MONZA brendi altında istehsal olunan yeni məhsullar, yağların yeni çeşidləri haqqında məlumat verib. O cümlədən istehlakçılardan gələn suallar dinlənilib və cavablandırılıb.

Daha sonra qonaqlar Bakı və Sumqayıt şəhərlərində Monza məhsullarının satışı ilə məşğul olan bir çox avtoservis, yağlama və mağazalarda görüşlər keçiriblər. Bu görüşlərdə almaniyalı qonaqlara GOMAS AUTO-nun direktoru, Monza yağları üzrə mütəxəssis Asiman Əsədov və MONZA servisin müdiri Nuru Bağırov da yoldaşlıq ediblər. Keçirilən görüşlərdə yerli istehlakçıların Monza yağlarından məmnunluğu ifadə edilib. Almaniyalı qonaqlar azərbaycanlı alıcının və ustaların yağlarla bağlı maariflənmə səviyyəsindən razılıqlarını bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124037

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930