“İkram Rəhimov peşəkar cinayətkardır” – Vüqar Rəhimzadə

29.10.2018 - 14:10
“Reallıq.info və onun kimi digər saytlar insanların şərəf və ləyqətini alçaldır, təhqir və böhtana yol verərək vətəndaşlara qarşı mənəvi terror həyata keçirir”.
Bunu “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə deyib.
Komissiya sədri bildirib ki, dəfələrlə İkram Rəhimovla bağlı Mətbuat Şurasına şikayətlər daxil olub:
“Müraciətlərdə qələmə alınan faktların hamısı böyük cinayətlərdir. Bir neçə ay öncə bizə müraciət daxil oldu ki, İkram Rəhimov hazırda həbsdə olan, jurnalistikaya dəxli olmayan şəxslərə vəsiqə verərək, manipulyasiya yolu ilə onları azadlığa çıxarmağa cəhd göstərib. Bu cür davranışlar jurnalistikaya ləkə gətirir. İ.Rəhimov və komandası Mətbuat Şurasının rəhbərliyi və üzvləri haqqında çox təhqiramiz ifadələr səsləndirir, bizə böhtan və şər atır. MŞ olaraq İ.Rəhimovun rəhbərlik etdiyi reket saytları “qara siyahı”ya salmışdıq. Bundan sonra quruma qarşı şər və böhtanlarını daha da artırmışdı. Durmadan öz saytları və sosial şəbəkələr vasitəsi ilə ünvanımıza hədyanlar yağdırırdı. Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır”.
V.Rəhimzadə hüquq-mühafizə orqanlarının İ.Rəhimovla bağlı digər cinayətlərin üzərini açacağını da əminliklə ifadə edib:
“Biz onu nə qədər tərbiyə etməyə çalışsaq da, haqq-ədalət yolunu tutmağa, jurnalistikanın peşə etikasına riayət etməyə dəvət etsək də, o, azğınlaşmış formada öz əməllərini davam etdirdi. Çirkin niyyətindən əl çəkmədi. Sadəcə bizi deyil, idarə rəhbərlərini, iş adamlarını, sadə vətəndaşları da təhqir edir, böhtan atırdı. Şantaj yolu ilə bir çox adamdan vəsait istəyirmiş. Məsələn, Neftçalada elektrik şəbəkəsinin rəisindən və dövlət təşkilatlarından pul tələb edirmiş. Ona görə də DTX tərəfindən həyata keçirilən əməliyyatı dəstəkləyirəm. Məsələ ondadır ki, biz sadəcə “qara siyahı”ya sala bilirik və ictimai qınağı formalaşdırırıq. Başqa hansısa tədbir görə bilmirik”.
Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi “Realliq.info” və digər “reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=124079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930