Azər Həsrət: “Bu adamlara jurnalistika qanunla ömürlük qadağan olunsun”

30.10.2018 - 14:07

“Ümumiyyətlə, bu problemi kökündən həll etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır”.

Bunu Reportyor.info-ya Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət “realliq.info” saytının rəhbəri İkram Rəhimovun “reket”çilik ittihamı ilə saxlanmasına münasibət bildirərkən deyib.

A.Həsrətin sözlərinə görə, Mətbuat Şurası səlahiyyətləri çərçivəsində gücü çatdığı qədər addımlar atır: “Jurnalistikadan sui-istifadə edənlərlə bağlı tədbirlər görürük.

İlk növbədə el qınağının təşkil olunmasıdır, peşə davranış qaydalarını pozanlara xəbərdarlıq edilməsidirr və bundan nəticə çıxarmayanların adlarının “qara siyahı”ya salınmasıdır.

Amma bütün bunlar da tam olaraq effektiv metod deyil və biz də bundan o yana gedə bilmirik. Çünki adam gedib yeni sayt və ya qəzet açır, yenə böhtan yazmağa davam edir, vəzifəli şəxsləri hədələyir”.

MŞ İH üzvü təklif edir ki, qanunvericiliyə dəyişiklik və əlavələr edilsin: “Məsələn, necə ki sürücü ağır qəza törədəndə bəlli müddətə sürücülükdən məhrum edilir və yaxud rüşvət alan məmur vəzifəsindən uzaqlaşdırılıb dövlət qulluqçusu kimi fəaliyyət göstərə bilmir, eləcə də jurnalistikada üzqarası olanlara bu peşə ilə məşğul olmaq 6 aylıq və yaxud ömürlük müddətə yasaqlansın.

Çünki başqa yol qalmayıb, xəbərdarlıq edirsən, gedib başqa sayt açır, jurnalist adına ləkə yaxır, jurnalistikanı gözdən salır, çirkin niyyətlərini həyata keçirməyə başlayır.

Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə tədbirlər görürlər. Lakin ilk növbədə ictimai qınaq güclənməlidir, ikincisi də qanunvericiliyə dəyişiklik olunaraq sərt tədbirlər həyata keçirilməlidir”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=124106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930