“Kişi kişidən borcunu istəyəndə öldürülməlidir?!”

30.10.2018 - 16:27

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun dəfn olunmasından 40 gün keçir. Bu ilin 19 sentyabrında Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən Etimad İsmayılov sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn edilib.

 

Mərhumun atası İlyas İsmayılov Modern.az-a açıqlamasında deyib ki, cinayəti törədənin işini Türkiyənin hüquq-mühafizə orqanları  araşdırır:

“Tam olaraq işin içində deyiləm. Amma bilirəm ki, iş Türkiyədə araşdırılır. Ətraflı olaraq proseslərin məzmunundan xəbərim yoxdur. Təkcə Etimadın atası kimi yox, həm də vicdanlı vətəndaş kimi demək istəyirəm ki, Etimad qatilə borclu olmayıb. Əksinə, dəfələrlə qarşı tərəfə borcunun geri qaytarılması üçün müraciət edib. Məgər kişi kişidən borcunu istəyəndə qarşılıq olaraq onu öldürməlidir?! Bunu heç cür qəbul edə bilmirəm”.

İlyas İsmayılov 40 gün ərzində oğul itkisinin acısına alışa bilmədiyini də söyləyib.

“Əhvalımı soruşursunuz. Necə rahat və əminliklə deyim ki, “yaxşıyam”. Heç kəsə gözünün qabağında övlad itkisini görməyi arzulamıram. Ağırdır… Çox  ağırdır… Etimadın qətlindən sonra heç nəyə ürəkdən sevinə bilmirəm. Biz ictimai insanlarıq. Göz önündəyik. Elə bilirlər ki, itkini də tez unuduruq. Bilin ki, heç nə göründüyü kimi deyil. İnsanları nələrə görəsə ittiham etməyin!”.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

İş adamı  Etimad İsmayılov sentyabrın 19-da başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. Hadisəni törədən azərbaycanlı iş adamı Gözəl Dəmirov  həbs edilib.

 

E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyası sədrinin birinci müavini idi.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polis polkovnikdir.

Hər iki şəxsin biznes sektorunda şərikli işləri olub. Qanlı mübahisə də şərikli işlə bağlı olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=124111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728