İlham Əliyev yeni icra başçıları təyin etdi – 4 sərəncam

30.10.2018 - 16:35

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

İlham Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinə də başçı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=124114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728