Azərbaycanlı ailə yoxa çıxdı – Ukraynada

05.11.2018 - 16:03

Ukraynanın Luqansk vilayətinin Aleksandrovsk şəhərində yaşayan azərbaycalnlı ailə artıq bir həftədir yoxa çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, bunlar ailə başçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1980-cı il təvəllüdlü iş adamı Məmmədov Qiyas Şahmar oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Larisa Tacir qızı, ailənin 14 yaşlı üzvü Məmmədova Sonya Qiyas qızı və 12 yaşlı üzvü Məmmədov Ruslan Qiyas oğludur.

Azərbaycanlı ailə Ukraynanın şərqində münaqişə başlayandan sonra 2014-cü ildə yaşadıqları şəhəri tərk edərək Odessa şəhərinə köçsələr də, 2 il sonra yenidən Aleksandrovsk şəhərinə qayıdıblar. Ötən həftə isə Luqansk şəhərinə yaxınlarına qonaq getmək məqsədi ilə evdən çıxan ailə getdikləri ünvana çatmayıb, onlarla bütün əlaqələr tamamilə kəsilib. Yerli polis ailənin axtarışı barədə elan verib.

Qeyd edək ki, Luqansk şəhəri tanınmayan “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930