Mobil telefon şüası qaraciyər və ürək xərçənginə səbəb olur

06.11.2018 - 10:45

Alimlər müasir smartfonların insan üçün ölümcül təhlükəli olmasını açıqlayıblar.

Cumhuriyyet.net  ICTnews-a istinadən bildirir ki, onların sözlərinə görə, radiodalğalar qaraciyər və ürək xərçənginə səbəb ola bilər. Bu, “2G” və “3G” şəbəkələrini dəstəkləyən telefonlara şamil edilir.

ABŞ Milli Ətraf Mühit Gigiyenası İnstitutunun məlumatına görə, genişmiqyaslı tədqiqat ölkə bioloqları tərəfindən aparılıb.

Təcrübələrdə iki yüz laboratoriya siçovulu və siçanı iştirak edib. Gəmiricilər mobil telefon antenalarının təsirini imitasiya edən qəfəsdə yaşayıblar. Bəzi heyvanlar isə hələ bətndə ikən radiodalğaların təsirinə məruz qalıb.

Müxtəlif qrup gəmiricilər müxtəlif şüalanma dozaları alıb. Onların biri bir neçə ay, digərləri isə iki ildən çox belə şəraitdə yaşayıb. Tədqiqatdan məlum olub ki, bütün siçanlarda bədxassəli şişlər əmələ gəlib. Bundan başqa, paradoksal effekt aşkarlanıb – onlar radiodalğalardan uzaq olan “həmkar”larından daha uzun ömür sürüblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930