İcra 300 minlik qalmaqal haqqında: “Sizin nə haqqınız var ki, araşdırma aparırsız?”

06.11.2018 - 11:49

Xəbər verdiyimiz kimi hər il olduğu kimi, bu il də 3-4 oktyabr tarixlərində Göyçayda XIII Nar festivalı keçirilib


Builki Nar festivalında iştirak edənlər arasında da dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var. Nar bayramına xaricdən gələn turistlər də böyük maraq göstəririr.

Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır ( http://mct.gov.az/az/umumi-xeberler/goycayda-xiii-nar-festivali-kecirilir) ( http://goychay-ih.gov.az/news/371.html).

Lakin Rusiyada yaşayan azərbaycanlı milyarder və Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov müxtəlif media səhifələrində Göyçayda keçirilən Nar festivalını onun sponsorluğu ilə keçirildiyini bildirir.

Əgər Festivalın sponsoru FərhadƏhmədovun rəhbəri olduğu “AzNar”” QSC-dirsə, onda Mədəniyyət Nazirliyi və Göyçay İH-nin bu festivalda rolu nədən ibarət olub?

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu suallara aydınlıq gətirmək üçün Xalq.Az-ın əməkdaşı adıkeçən tərəflərlə əlaqə saxlayıb.

“Aznar” QSC-nin rəsmisi açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalının sponsoru “Aznar” QSC olub: “Bizdən başqa heç bir sponsor olmayıb. Bütün xərcləri “Aznar” QSC-nin sahibi Fərhad Əhmədov ödəyib və bu günki hesabata görə 300 min manat pul xərclənib”.

Amma Göyçay İcra Hakimiyyətinin sektor müdiri-baş muhasib Kamran Kərimov açıqlamasında bildirib ki, Göyçayda keçirilən Nar festivalı İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub:“”AzNar” sədəcə bir stend qoymuşdu, öz məhsulların satırdı, heç bir sponsorlıq etməyib. Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib. Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib. Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlahiyyətinizdə deyil, ictimayyətin gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?№

Göyçay İH-nin rəsmisi sonda bir daha vurğulayıb ki, Nar festivalını İcra Hakimiyyəti keçirib və heç kim maddi dəstək göstərməyib. Mədəniyyət Nazirliyindən isə suallara cavab verən olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124315

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930