“Tahir Kərimlinin savadı yoxdur, himnimizdə eşələnir”
Mərhum sənətkar Rəşid Behbudovun qızı Rəşidə Rəşid Milli Məclisdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə sərt reaksiya verib
BAKU.WS-in məlumatına görə, ifaçı bu təklifi qeyri-peşəkar insanların etdiyini qeyd edib:
“Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Çəkin əllərinizi. Himn qalacaq və heç kim onun üzərində öz qeyri-peşəkar korrektələrini edə bilməz. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orda heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, satır? Sual verirəm, niyə?”
Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib.

Oxunub: 32
Short URL: http://www.cumhuriyyet.net/?p=124339