Ziya Məmmədovun qohumunun daşıyıcısı ləğv edildi – Səbəb

08.11.2018 - 11:38

Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq biri azyaşlı olmaqla, iki nəfərin ölümünə və 40 nəfərin ağır yaralanmasına səbəb olan 160 nömrəli avtobus xəttinin aid olduğu Ayşən LTD MMC-nin fəaliyyəti dayandırılıb.

 

Bakə Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən Ayşən LTD MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi Çinar-Trans MMC-yə həvalə edilib.

10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə Çinar-Trans MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

Xatırladaq ki, Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə yaralanıb. Xəsarət alanlardan 5-i azyaşlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124366

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930