Dövlət Bayrağı günü və Konstitusiya günü İsmayıllıda yüksək səviyyədə qeyd edilib

09.11.2018 - 12:12

“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti, geniş miqyaslı məşğələsi Dövlət Bayrağı gününə və Konstitusiya günününə həsr edilmişdi. Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş nitqiilə açan aparıcı Rəşid Məmmədov qeyd edib ki,Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, müasirləşməsi, milli maraqlar  üzərində  qurulması ümummilli lider Heydər Əliyevin  adı ilə bağlı olmasın. 23 illiyini  qeyd etməyə  toplaşdığımız Azərbaycan Respublikası Konstitusiyasının qəbulu da ulu öndərin xilaskarlıq missiyasının sona qədər yerinə yetirməsinin göstəricisidir. Dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası Heydər Əliyevin dərin idrakının, qlobal  düşüncəsinin, mənsub olduğu xalqın taleyi üçün özünü məsul bilməsininnəticəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayrağımız qəbul edilib.70 ildən sonra Dövlət Bayrağı kimi ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkənüçrəngli bayrağımızı yenidən qaldırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd edilir. Odur ki, “Heydər Əliyev idarəetmə məktəbi”nin bugünkü təntənəli məşğələsində  Azərbaycan tarixinin Heydər Əliyev mərhələsinin ən önəmli,  müstəqilliyimizi əbədiləşdirən çox dəyərli bu iki hadisəsi bayram edilir.

Sonra Dövlət Himni səsləndirilib.

İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfael Şirinov  hər iki mövzunu əhatə edən məruzə ilə çıxış edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan Konstitusiyasının  yaradıcısı olduğunu, bu tarixi sənədlə  dövlət müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin sarsılmaz bünövrəsini qoyduğunu qeyd edib. Bildirib ki, hər bir maddəsi Ulu öndərin dərin zəkasının məhsulu olan Azəbaycan Konstitusiyası cənab Prezident İlham Əliyevin  rəhbərliyi ilə ölkənin çoxistiqamətli inkişafını, hüquqi dövlətimizin  daha da möhkəmlənməsini təmin edir.

162 metr hündürlükdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Bu, dövlətimizin ucalığıdır, millətimizin vüqarıdır, xalqımızın fəxridir, müstəqilliyimizin əbədilik rəmzidir. Odur ki,biz bu iki tarixi hadisəni tarixi günü təntənə ilə qeyd edirik.

Bayram tədbiri Şəhər Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

***

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Rayon Polis Şöbəsi ilə birgə 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə hər sürücüyə bir bayraq aksiyası keçirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930