Avtomobil yolları təsərrüfatı 100 illiyini qeyd etdi – FOTOLAR

19.11.2018 - 11:01

Noyabrın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.

Reportyor.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Tədbirdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan avtomobil yollarının tarixindən və son illər respublika yollarının təmiri, bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərdən geniş məruzə ilə çıxış edib.

Saleh Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da, yollar sahəsində o dövr üçün böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə isə respublika və beynəlxalq əhəmiyyətli bir sıra layihələr gerçəkləşdirilib. Saleh Məmmədov Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi işlərinin də uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə Azərbaycan avtomobil yollarının 100 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Yubiley tədbirində Türkiyə, Rusiya, Koreya Respublikası, Çin, Yunanıstan və digər ölkələrdən qonaqlar iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124715

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031