Ramiz Mehdiyev Rusiyaya getdi

21.11.2018 - 12:29

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir.

Report xəbər verir ki, səfərdə məqsəd MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI iclasında iştirak etməkdir.

Görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatını, təşkilata üzv ölkələrin Antiterror mərkəzlərinin fəaliyyətini, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edirlər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri təşkilat ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini də nəzərdən keçirirlər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

Görüşdə terror təşkilatlarının maliyyələşdirilməsinin, o cümlədən cinayət yolu əldə edilən gəlirin leqallaşdırılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyətə dair məsələlər də müzakirə olunur

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124782

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930