Taekvandoçularımız vətənə qızılla döndü – Foto

21.11.2018 - 12:35

17-18 noyabr tarixlərində Ukraynanın Kiyev şəhərində keçirilən “Open Kiev” adlı beynəlxalq taekvando müsabiqəsində 7 ölkədən olan 800 idmançı arasında Azərbaycan taekvandoçularının hamısı vətənə medalla dönüb.

Cumhuriyyet.net xəbər verir ki, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan, Ruminya və Latviyanın iştirak etdiyi müsabiqədə Azərbaycanın “Grandmaster” və “Abşeron” taekvando idman klubları iştrak edib. Azərbaycanı təmsil edən “GrandMaster” taekvando klubunun idmançıları Fatimə İsmayılzadə, Nigar Abdullayeva və Xədicə İsmayılova hər üçü 1-ci yerin qalibi olublar.

Digər yerli iştirakçı klub “Abşeron” – un döyüşçüləri Səadət Abasova 1-ci yer, Əliağa Abasov 2-ci yer, Mədinə Səfərova isə 3-cü yeri qazanıblar.

“Grandmaster” taekvando idman klubunun rəhbəri Cavanşir Mirzayev açıqlamasında – “Bu uğurlarımız bayraq gününə təsadüf etdi, bu uğurlarımızla vətənimizi təbrik etdik” bildirib. Ümumilikdə Azərbaycan klubları 4 qızıl medal qazanıb.

Vüqar Ağamalıoğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930