Gözüm aydın ki, qardaşım oğludur – Yazıçı-deputat

30.11.2018 - 15:17

Bir də görürsən qardaşım oğlu, ya bacımın oğlu haradasa qələt eləyib, yazırlar ki, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu… Ay qardaş, gözlərim aydın! Qardaşım oğlu günah etdi, cinayət elədi, cəzasını da aldı, çıxdı getdi. Yaxşı, mən neyləməliyəm? Qohum-əqrəba da elə davransın ki, adıma xələl gəlməsin. Əks təqdirdə, heç birinə yiyə durmuram.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov “Yeni Müsavat”a geniş müsahibəsi zamanı 2012-ci ildə qardaşı oğlu Rəşad Mirələmovun mübahisəli olduğu Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirməsi və bu kimi hadisələrdə adının hallanması ilə bağlı danışarkən deyib.

Deputat əlavə edib ki, bu hadisələri şişirdənlər başqa məqsəd güdür:

“Vallah belə çıxır ki, mənim nəslimdən olan bir adam da bizneslə məşğul ola bilməz? (gülür). Nə olar ki, mən Milli Məclisin deputatıyam, yazıçıyam. Bu, o deməkdirmi ki, mənim qardaşım oğlunun, bacım oğlunun, hətta oğlumun biznesi olmasın? Niyə olmasın?..”

H.Mirələmov deyib ki, bu cür neqativ hadisələr olanda qohum-qardaşa “bir də mənə yaxın gəlməyin” sözünü demir:

“Çünki bu cür məsələləri adətən şişirdirlər. Sadəcə mənim adıma xələl gətirməsinlər. Əks təqdirdə, heç birinə yiyə durmuram. Heç birinin dalınca getmirəm, heç maraqlanmıram da.

Deyirəm qardaş, təhsil almaq istəyirsənsə, nə qədər istəyirsən, verim. Lap gəl, son qəpiyimi də verim, get, ingilis dilini, alman dilini öyrən. Get, kompüter öyrən. Deyirəm, düşünmə ki, sən gedib cinayət edəcəksən və mən sənin dalınca gələcəyəm, elə söhbət yoxdur”.

Yazıçı-deputat səhnəyə qoyulan əsərlərinə tamaşa etməyə gələn siyasilərdən də söz açıb. O bildirib ki, Rövnəq Abdullayev, Ziyafət Əsgərov, Əbülfəs Qarayev dəfələrlə tamaşalarına gəlib:

“Mən heç vaxt onları tamaşalarıma dəvət eləmirəm. Amma çox vaxt özləri gəlirlər. Məsələn, Milli Dram Teatrında mənim “Vəsiyyət” əsərimin tamaşası gedirdi – Milli Məclisin deputatı, bizim dostumuz Rövnəq Abdullayev, mənim xəbərim belə olmadan… Bir də axşam teatrın direktoru mənə zəng vurdu ki, bəs, sən haradasan? Dedim nə var, xeyir ola? Dedi, Rövnəq müəllimin tapşırığı ilə bütün Neft Şirkətinin rəhbər işçiləri, idarə müdirləri, struktur bölmənin rəhbərləri zalı götürüblər, bilet alıblar və gəliblər tamaşaya baxmağa. Çox da razı qalıblar, alqışlarla qarşılayıblar. Hətta Rövnəq müəllim orada məni soruşub ki, “sağ ol” desin, amma təəssüf ki, gec bildiyimə görə teatra gedə bilmədim. Öz arzu-istəkləri ilə tamaşaya gedən nazirlərimiz, idarə rəislərimiz, Milli Məclisin deputatları var. Məsələn, Ziyafət Əsgərov nəinki mənim tamaşalarıma, demək olar ki, Milli Dram Teatrında gedən bütün tamaşalara baxır. Mən onu Dram Teatrında həmişə görmüşəm, ən aktiv tamaşaçıdır. Əbülfəs Qarayev dəfələrlə tamaşalarıma gəlib. Neft və Sənaye Universitetinin rektoru öz kollektivi ilə dəfələrlə “Xəcalər”, “Vəsiyyət” tamaşalarına baxıb”.

Deputat müsahibəsində xalq yazıçısı statusuna layiq görülmək arzusundan da söz açıb:

“Xalq yazıçısı” adı almaq əlbəttə, xoş bir stimuldur. Olsa, çox minnətdar olaram. Amma olmasa, deməli, belə məsləhətdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125100

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930