Metroda iki qızla oğlanın davası araşdırılır – Video

30.11.2018 - 15:54

Metro polisi Kütləvi İnformasiya Vasitələrində görüntüləri yayılan iki gənc qızla bir gənc oğlanın davası ilə bağlı araşdırma aparır.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda gənclər arasında nə vaxt baş verdiyi məlum olmayan və bu gün saytlarda yayılan dava ilə bağlı açıqlama verərkən deyib.

Metropoliten sözçüsü bildirib ki, yayılan videonun mənşəyi məlum deyil:

“Baş vermiş həmin hadisə ilə bağlı rəsmi şikayət və müraciət olmayıb. Bu səbəbdən araşdırma aparılmadan bir söz demək mümkün deyil. Hazırda metro polisi baş vermiş hadisə ilə bağlı araşdırmaya start verib. Araşdırma yekunlaşandan sonra bir söz demək mümkündür”.

Xatırladaq ki, Bakı metrosunda iki gənc xanımla bir gənc oğlanın davasını əks etdirən video İnstaqram sosial şəbəkəsində paylaşılıb. Məlumata görə, dava qızların oğlana söz atması səbəbindən yaranıb.

Qatar “28 May” stansiyasına çatanda metro işçiləri və polis məsələyə qarışdığı iddia edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125102

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930