Uşaqlarımızı öldürən təhlükə-“Telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir”

03.12.2018 - 16:36

Övladlarımızı nə dərəcədə qoruya bilirik? Heç bu haqda düşünmüşünüz?

ABŞ-ın məşhur professorlarından olan Nikolas Kardaras son illər dünyanı narahat edən əsas problemlərdən birinə toxunub. “Parlayan uşaqlar – ekran bağlılığı uşaqlarımızı bizdən alır” adlı kitabında müəllif bir sıra sensasiyalı faktların üstünü açıb.

Publika.az xəbər verir ki, Professor Kardaras smartfonları rəqəmsal heroin adlandırır. Qeyd edir ki, telefonlara bağlılıq övladlarımızı psixikası pozulmuş narkomanlara çevirir.

Kitabda bir sıra valideynlərin təcrübəsi cəmlənib. “Süzanna adlı ana danışır ki, 6 yaşlı oğluma ipad aldım. Məktəbdə fantaziyasını gücləndirməsi məqsədilə bir sıra internet oyunları tövsiyə etdilər. İlk günlər oğlumun uğurlarına sevinirdim. Sonra gördüm ki, növbəti mərhələyə keçmək üçün virtual şəkildə heyvanları öldürməli, hansı yolla olursa-olsun qidalanmalıdır. Artıq iş işdən keçmişdi. Uşağım günbəgün daha çox aqressivləşirdi. İpad-i əlindən almaq istəyəndə də, ağlayıb, özünü öldürəcəyini deyirdi. Bir dəfə gecə otağına getdim. O, bu vaxtlar adətən yatırdı. Gördüyüm mənzərə məni şoka saldı. Oğlum trans vəziyyətində səssizcə ipad-in ekranına baxırdı. Onu dəfələrlə silkələyib, qışqırdım. Sonunda özünə gəldi. Hesab edirəm ki, smartfon rəqəmsal ölümdür. Övladlarımızı ondan qorumalıyıq. “

Müəllif həmçinin diqqəti texnika dahilərinin üzərinə gətirir. Nəzərinizə çatdırım ki, Stiv Cobs uşaqlarına texnikadan istifadəni qadağan eləmişdi. Quql şirkətinin yaradıcıları da övladları üçün texnikadan uzaq, Montessori təlimli məktəblər seçmişdilər. Ümumiyyətlə bu gün dünyanı cənginə alan texnika dünyasının kralları öz şahzadələrini virtual aləmdən uzaq tuturlar. Axı bizim övladlarımız da ən dəyərli meyvələrimizdir. Onları niyə heroinə qurban verək?!

Bu haqda düşünün.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930