Təhsil Nazirliyində 162 vakant vəzifə var

05.01.2019 - 22:41

Təhsil Nazirliyi dövlət qulluğu üzrə müsahibəyə 162 vakant vəzifə çıxarıb. Onlardan 22-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 140-ı B növünə (inzibati icraçı) aiddir.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yanvarın 5-nə olan məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi vakant vəzifələrlə bağlı dövlət qulluğunun A növü üzrə 1 nəfər, B növü üzrə 37 nəfər müraciət edib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi yanvarın 4-də ümumilikdə 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Dövlət orqanları arasında müsahibəyə ən çox vakant vəzifə çıxaran Təhsil Nazirliyidir.

Müsahibədə iştirak etmək üçün qeydiyyat fevralın 4-dək aparılacaq. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər fevralın 4-dək saat 18:00-ə qədər “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930