Boks Federasiyasında qalmaqal – Daxildə vəziyyət gərginləşib (İDDİA)

27.02.2019 - 23:10

Azərbaycan Boks Federasiyasında (ABF) vəziyyət gərginləşib. Belə ki, Federasiyada neçə aydır maaşlar verilmir. Sputnik Azərbaycan-a Federasiya daxilindən verilən məlumata görə, idmançıların və işçilərin əmək haqları vaxtı-vaxtında ödənilmir. Maaşların verilməsində 2-3 ay gecikmələr olur, hətta son 5-6 ayın maaşı hələ də verilməyib. Bununla əlaqədar olaraq artıq Federasiya daxilində də vəziyyət gərginləşib. İşçilər işləmək istəmir, idmançılar vəziyyətdən narazıdır.
Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan əməkdaşı ABF-in mətbuat xidmətinin rəhbəri Tahir Hümbətovla əlaqə saxlayıb Federasiyasının sözçüsü isə deyilənləri təkzib edib. “Komandalarımız ilin əvvəlindən təlim-məşq toplanışları keçirir, müxtəlif yarışlara qatılır. Böyüklər və gənclər arasında ölkə çempionatı keçirilib, bu gün də yeniyetmələr mübarizəyə başlayacaqlar. Hazırda böyüklərdən ibarət yığmamız Nalçikdə hazırlıqdadır. Məqsəd 22 yaşadək olanların Avropa çempionatında uğurlu iştirakdır. Bunu deməkdə məqsədim odu ki, maliyyə problemi olan Federasiya belə iş görə bilməz” – o bildirib.
“Maaş məsələsinə gəlincə, yeni il öncəsi 2 ayın əmək haqqı verilib. İlin yeni başladığını nəzərə alsaq, ciddi gecikmə də yoxdur. Fevral başa çatdıqdan sonra da maaşlar veriləcək. Çünki ay bitməyib” – deyə Tahir Hümbətov əlavə edib. “Şikayət edənlərin kimliyini dəqiq bilmirəm. Ola bilər ki, həmin idmançı yeni baş məşqçimizin gəlişindən sonra əsas heyətdə yoxdur, yaxud müəyyən müddətdir millidən kənardadır. Federasiya milli üzvlərini maaşla təmin edir” – Federasiya sözçüsü vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=127114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728