Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib

22.03.2019 - 11:32

Tanınmış iş adamı, “Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti” Fizuli Məmmədov ermənilərə əsir düşməmək üçün özünü partladan kəşfiyyatçımıza Novruz hədiyyəsi olaraq ev bağışlayıb.
Aqil Əhmədovla bağlı qaynaqlardakı məlumat bir qəhrəmanlıq nümunəsidir: “1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Döyüşçülər erməni mühasirəsinə düşsələr də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olub. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülüb. Prezident Heydər Əliyevin uzun zaman apardığı danışıqların nəticəsi olaraq şəhidlərimizin nəşi 6 aydan sonra ermənilərlə dəyişdirillib. 1997-ci il oktyabr ayının 16-da onlar dəfn edilib. ”
Novruz bayramı ərəfəsində Bakıda olan Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib.
Bundan əvvəl də Fizuli Məmmədov şəhid və qazi ailələrinə mənzillər bağışlayıb.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127452

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930