Gürcüstan azərbaycanlıları etiraza qalxdı

28.03.2019 - 01:22

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində yerli sakinlər etiraz aksiyası keçiriblər. Report xəbər verir ki, əhali kənddə otlaq sahələrinin fərdi şəxslərə satılmasına etiraz ediblər.
Etirazçılar bildiriblər ki, onların yeganə gəlir mənbəyi maldarlıqdır və otlaqlara alternativ sahələr yoxdur. Onların sözlərinə görə, Gürcüstanda prezident seçkiləri öncəsi 16 hektarlıq otlaq sahələrinin Qaracalar kəndinin mülkiyyətinə veriləcəyi bildirilsə də, daha sonra həmin sahələr fərdi şəxslərə satılıb.
Bir neçə gün öncə kənddə otlaq sahələrdən birinin sahibi və sakinlər arasında fiziki qarşıdurma da baş verib. Faktla bağlı araşdırma aparılır. Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili aksiya iştirakçıları ilə görüşüb. O, vəziyyətlə tanış olduqdan sonra sakinlərə məsələnin dinc yolla həll olunacağına söz verib.
Etiraz aksiyası axşam saatlarına qədər davam edib. İştirakçılar bildiriblər ki, məsələ həll edilməsə, etiraz aksiyalarını dayandırmayacaqlar. Aksiya başa çatsa da, polis əməkdaşları kənddə asayişin qorunmasına cəlb olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=127684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728