Xilas naminə yalan: Anasına itkin qardaşının əvəzindən 25 il məktub yazdı

29.03.2019 - 00:20

O, xəstə anasının yaşaması üçün onu müharibədə itkin düşən qardaşının sağ olmasına inandırıb. Düz 25 il itkin əsgərin adından anasına məktublar yazıb. Əməlinin doğru olmasına bəzən özü də şübhə edib. Amma anasını son nəfəsinə qədər əsgər oğlunun qayıdacağı ümidi ilə yaşadıb. Söhbət Gəncə şəhər sakini Ellada İbrahimovadan gedir.
Cumhuriyyet.az xezerxeber.az-a istinadən bildirir ki, 1993-cü ilin oktyabrında hərbi xidmətə yollanan 18 yaşlı Azər Ələkbərov cəmi 4 ay sonra hərbi əməliyyatlar zamanı itkin düşür. Bu xəbərin anası Cəmilə Hüseynovaya çox pis təsir edəcəyini başa düşən Ellada İbrahimova əsgər qardaşının adından anasına məktub yazmaq qərarına gəlir. Amma əvvəlcə özünü bu işə hazırlayır.
Ellada İbrahimova anasının şübhələrini öldürmək üçün həm məktubların evə çatması, həm də oxunması zamanı mümkün olan hər şeyi edir. Müharibədən sonrakı dövrdə oğlunun yenə qayıtmaması ananın şübhələrini artırır. Bu dəfə isə bacı başqa yola əl atır.
Bir neçə dəfə davranışının doğru olub-olmadığı ilə bağlı şübhəyə düşən bacı anasına əsl həqiqəti demək istəyib. Ancaq sona anda bundan çəkinib. Ancaq bütün bunları edərkən Ellada İbrahimova qardaşının qayıdacağına, zəng edəcəyinə, məktub yazacağına olan inamını özü də itirməyib. Hər dəfə evin yanında maşın dayananda boylanıb ki, bəlkə bu dəfə gələn qardaşıdır.
İndi əsgər intizarı ilə gözlərini yuman ananın vəfatından bir il ötür. Ancaq Ellada İbrahimova elə özü də anası kimi Azərin qayıdacağına olan inamını itirmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127723

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930