16 mərtəbəli binada baş vermiş yanğın söndürülüb – FOTO

17.04.2019 - 00:32

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında baş vermiş yanğın söndürülüb. Sakinlər binaya buraxılsa da, bu gecəni qaranlıqda keçirməli olacaqlar. ONA-nın ərazidə olan müxbirinin verdiyi xəbərə görə, sakinlər və yanğınsöndürənlər arasında zəhərlənmə ehtimalı ilə əlaqədar hadisə yerinə əlavə 3 təcili tibbi yardım briqadası cəlb edilib. Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın baş verib. ONA-nın xəbərinə görə, hadisə Şərifzadə küçəsindəki 16 mərtəbəli yaşayış binalarının birində qeydə alınıb. Bildirilir ki, yanğın binanın elektrik şaxtasında meydana gəlib və binanın aşağı mərtəbələrindən başlayaraq yuxarıya doğru genişlənib. Təhlükəsizlik məqsədilə binada elektrik xətləri şəbəkədən ayırılıb, sakinlər təxliyyə olunub.

Ancaq bununla belə, zəhərlənənlər və ya xəsarət alanlar barədə bir məlumat daxil olmayıb. Sakinlərin bildirdiyinə görə, binada qaz xətti olmadığından əsasən elektrik enerjisindən istifadə edilirmiş ki, bu da xətlərdə yüklənməyə səbəb olub. Nəticədə elektrik xətləri yanmağa başlayıb. Qeyd edək ki, yanğının baş verdiyi yaşayış binasında Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri məskunlaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031