Tamaşaçıların xahişi ilə “Balaca Şahzadə”-FOTO

27.04.2019 - 17:48

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə isə saat 12:00-da nümayiş etdirəcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “Balaca Şahzadə” dinamik süjet xəttinə, dərin fəlsəfi mənaya malik olmaqla yanaşı, peşəkar aktyorların və balet artistlərinin mükəmməl ifaları ilə onu seyr edən tamaşaçılarda xoş təəssüratlar yara bilib. Bunu təkcə anşlaqla keçən tamaşalardan deyil, sosial şəbəkələr vasitəsilə teatrın rəsmi səhifələrinə ünvanlanan təşəkkür və təbrik dolu mesajlardan da görmək olur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə “Bakı Media Mərkəzi”nə məxsusdur.

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər – Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar – Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Qeyd edək ki, layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva olan “Balaca Şahzadə” tamaşası üçün orta məktəblər, eləcə də, idarə və müəssisələrdən kollektiv şəkildə sifarişlər qəbul edilir.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=127953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728