Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Prezidenti Səbuhi Mübariz oğlu Abbasov 2 may 2019-cu il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilib. Bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin Sədri Sergey Hnatyuk mətbuata açıqlama verib.
Səbuhi Abbasovun ” Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb. Təltif haqqında əmrdə qeyd edilir ki, Səbuhi Abbasov, Ukrayna və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Ukraynada yaşayan türkdilli vətəndaşların maraqlarının qorunmasında, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizədə informasiya dəstəyinin təşkilində fəaliyyətinə görə, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilir.
Səbuhi Abbasov daha əvvəl, 18 iyul 2017-ci il tarixdə “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 illiyi (2012-2017)” yubiley medalı ilə təltif edilmişdir.
UQTMŞ “Xüsusi xidmətlərə görə” ordeni 8 aprel 2018-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin qərarı ilə təsis olunub və ordenin Statusu təsdiq edilib. Bu günə qədər bu ordenlə 4 nəfər təltif edilib. Statusuna görə “Xüsusi xidmətlərə görə” ordeni, UQTMŞ-nın “Tenqri Ulduzu” ordenindən sonra ən yüksək təltifdir. UQTMŞ “Ordenləri haqqında” Əsasnaməyə və “Xüsusi xidmətlərə görə” ordeninin Statutuna uyğun olaraq bu təltifi alan şəxs “Xüsusi xidmətlərə görə” ordeninin Kavaleri adını daşıyır.
7News.Az
Short URL: http://www.cumhuriyyet.net/?p=127984