Azərbaycanlı iş adamını oğurlayıb, yeddi il kölə kimi işlətdilər – Dəhşətli faktlar

07.05.2019 - 12:01

hopeless man feet tied together with rope, human trafficking

Oxu.Az kriminal tarixdə böyük iz qoymuş, böyük səs-küy salmış cinayət işləri və kriminal aləmin cinayətkarları üzrə silsilə yazıları davam etdirir. Bu silsilədə qanundankənarların həyatının bəzi aspektlərinə toxunacağıq və Azərbaycanda cinayətkarlığa qarşı mübarizədən söz açacağıq.
Öncəki məqalədə Sovet dönəmində kassaları yarmış və qətllər törətmiş “Qurbaşı dəstəsi” haqqında danışmışdıq. Onların qurbanları arasında Xırdalan pivə zavodunun direktoru da yer alırdı. Bu gün isə ömrünün yeddi ilini çeçen əsirliyində keçirmiş azərbaycanlı haqqında danışacağıq. Ötən əsrin 90-cı illərində insanların girov götürülməsi bəziləri üçün gəlirli “biznes”ə çevrilmişdi. Xüsusilə belə qara əməllər Şimali Qafqazda geniş vüsət alırdı. Orada təkcə Rusiyadan yox, eyni zamanda, Azərbaycandan kölələrin “idxal”ını həyata keçirirdilər.
1995-ci ildə 30 yaşlı qubalı iş adamı T.Məmmədxanov dağıstanlı quldurlar tərəfindən oğurlanır. Məmməxanov kiçik sahibkarlıqla məşğul idi. Onun hekayəsi 1995-ci ilin may ayından başlayır. Mayın əvvəllərində Məmmədxanov onun mağazasına gələn üç Dağıstan avarı ilə tanış olur. Həmin dəstənin başçısı Maqomed Xudiyamaqomedov, üzvləri Yunus və Rəcəb olub.
Dağıstanlılar qubalı sahibkara gəlirli təklif irəli sürüb: onun müvəqqəti olaraq öz anbarına 25 ton şəkər tozu qəbul etməsini istəyirlər. Geri döndükdən sonra malın saxlanılmasının “xəcalət”indən çıxacaqlarına əmin ediblər. Azərbaycanlı bununla razılaşıb.
Həmin vaxt, yəni mayın 4-də Məmmədyarov öz ad gününü qeyd edirdi. Doğum günü şənliyinə yeni “dost”larını da dəvət etmişdi. Şənlik başa çatandan sonra dağıstanlılar çıxıb gedirlər. Beş aydan sonra qayıdırlar. Qayıdıb, biznesmendən pul tələb edirlər. Çaşqın vəziyyətə düşən sahibkar, əslində, onların malın saxlanılmasına görə ona 15 milyon rubl verməli olduğunu bildirir (həmin vaxtın məzənnəsi ilə təxminən üç min dollara yaxın olub).
Ancaq dağıstanlılar pul ödəmək əvəzinə, əslində, sahibkara şəkər tozunu satdıqlarını və ödəniş vaxtının çatdığını deyiblər. “Dostlar” özlərini çox “yuxarı”dan aparıb, aqressiv davranıblar. Məmmədxanov anlayıb ki, onlardan qurtula bilməyəcək. Ona görə tələb olunan məbləği onlara verib.
“Xatırlayıram ki, əvvəl onlara 15 milyon rubl verdim. Ancaq sonra yenə geri döndülər. Növbəti dəfə məndən 25 milyon rubl aldılar. Münaqişə vəziyyəti yaranmışdı, vəziyyət getdikcə daha da gərginləşirdi”, – deyə Məmmədxanov 2002-ci ildə yeddi illik əsirlikdən qurtulduqdan sonra verdiyi ifadədə bildirmişdi.
1995-ci ilin noyabr ayınının ortalarında T.Məmmədxanovun mağazasına mavi və göy rənglərində iki “09” yaxınlaşır. Maşından 10 nəfər, o cümlədən, ona çox yaxşı tanış olan üç “sima” çıxır. Məmmədxanova hücum edərək, onu döyürlər. Yumruq və təpiklərə fasilə verib, bıçağı işə salıblar. Qaça bilməməsi üçün hər iki ayağını bıçaqlayıblar. Quldurlar onu avtomobilə oturdaraq, yüksək sürətlə ərazidən uzaqlaşıblar. Avtomobildə girov huşunu itirib. Yalnız Mahaçqalaya çatanda özünə gəlib.
Yol boyu quldurları nə Azərbaycan, nə də Dağıstan sərhəd buraxılış məntəqəsində saxlayan olub. Maşınlar şəhərkənarı qəsəbələrin birində dayanıb. Quldurlar orada gecələmək qərarına gəlib. T.Məmmədxanovu əlindən isitmə sisteminin batareyasına qandallayıb, yenidən döyməyə başlayırlar. Girovun bütün ön dişlərini sındırırlar. Onu belə vəziyyətdə kamera ilə çəkirlər. Lentə alınmış video azərbaycanlının əzizləri üçün nəzərdə tutulurdu. Videoda onun qohumlarına müraciət etməsini və azad edilməsi üçün iki yüz min dollar girov pulu istəməsini tələb ediblər. Əks təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031