“Arsenal” Bakıdakı finalıa Mxitaryansız gəlməyə hazırlaşır

17.05.2019 - 00:11

İngiltərənin “Arsenal” futbol klubu erməni yarımmüdafiəçisi Genrix Mxitaryanı evdə qoyaraq Avropa Liqasının Bakıda keçiriləcək final oyununa onsuz gəlməyə hazırlaşır. Buta.media xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri bununla bağlı yazıb: “London klubunun düşərgəsində oyunçulardan birinin təhlükəsizlik problemlərinə görə bu cür ciddi oyunu faktiki olaraq buraxmağa məcbur qaldığı üçün qəzəb hiss olunur.
Ötən həftə “Arsenal” UEFA-dan Azərbaycanla Ermənistan arasında davam edən siyasi gərginlik səbəbindən Mxitaryan üçün əlavə təhlükəsizlik zəmanəti tələb etmişdi. Danışıqlar davam edir. “Arsenal”ın qərarı gələn həftənin əvvəlindən gec olmayaraq elan ediləcək, lakin “topçular”ın cərgəsində bu məsələyə nikbin yanaşılmır. Həm klub, həm də oyunçu pərişandırlar”.
Eyni zamanda, “The Guardian” klub tərəfindən finalın boykot edilməsi ehtimalını nəzərdən keçirib. Klub buna getməyəcək. “Arsenal” etiraz əlaməti kimi yarışlardan çəkilməyi real çıxış yolu hesab etmir, belə ki, finalda qələbə bir çox imtiyazlar verir, – ingilis nəşri davam edir. – Bu, həm kubok özü, həm Çempoionlar Liqasında iştirak haqqı və bunun müqabilində, proqnozlara görə, “Arsenal”ın əldə edəcəyi 60 milyon funt sterlinqdir.
Lakin daha vacib amil odur ki, klub finaldan imtina imkanını düşünmək kimi bir öhdəliyinin olması vəziyyətinə düşməməlidir”. Xatırladaq ki, dünən məlum olduğuna görə, “Arsenal” UEFA-dan “komandanın Bakıda hərəkəyi zamanı, həmçinin oyunçuların yaşayacağı otelon ətrafında asayiş keşikçilərinin sayının artırılmasını tələb edib ki, Mxitaryan sərbəst hərəkət edə bilsin”. Bununla birgə, AFFA, Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalın bütün iştirakçılarına, o cümlədən Mxitaryana təhlükəsizlik zəmanəti veriblər. (Virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128261

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930