UEFA “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi

17.05.2019 - 23:50

UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti “Arsenal” klubunun Bakıda keçiriləcək Avropa Liqasının final oyununa dair bəyanatına cavab verib. Mayın 29-da Azərbaycan paytaxtında “Çelsi” klubu ilə görüş keçirəcək “Arsenal” komandası azarkeşlərə yalnız 6 min bilet ayrılmasından və Bakıya gəlməyin çətin olacağından narahatdırlar.
“Final oyunularının keçirilməsi üçün Bakı şəhəri seçilərkən Londonun iki komandasının finala qalacağını gözləmirdik. Şübhəsiz ki, bu azarkeşlər üçün müəyyən logistika çətinlikləri yaradıb. UEFA hər iki komandanın azarkeşlərinin Bakıya səfərlə bağlı qarşılaşdığı problemlərə görə təəssüflənir. Bizim mütəxəssislərimiz aktiv şəkildə işləyirlər və fanatlar üçün daha uyğun həll yolları tapmağa çalışırlar. Bu məsələdə sizin klubla birgə səyləri qiymətləndirərdik”.
Həmçinin UEFA rəsmisinin məktubunda azarkleşlərə hansı səbəbə 6 min bilet ayrılması məsələsinə aydınlıq gətirilib.
“Biz kvotanı müəyyənləşdirərkən arenanın tutumuna deyil, hər iki komandanın səfər oyunları zamanı onları müşayiət etmiş azarkeşlərinin sayına əsaslandıq. Kvotanı proporsional şəkildə müəyyənləşdirmək düzgün olmazdı”. (Oxu.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128311

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930