Təhsil işçisinin itkin düşməsinin qəribə səbəbi – Atası danışdı

21.05.2019 - 12:07

Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb. Medianews.az xəbər verir ki, bu barədə ölkə.az-a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.
O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: “Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128424

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930