Nəvəsi ölən nənədən nazirə sərt sözlər: “Səhiyyə, Oqtay Şirəliyev qatildir” – VİDEO

26.05.2019 - 23:37

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya keçirib.“Yeni Sabah” xəbər verir ki, “Səhiyyə, Oqtay Şirəliyev qatildir” deyən körpənin nənəsi ölkə rəhbərliyinə müraciət edərək bu qətlə yol verən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

O, çıxışında xəstəxananın bağırsaq şöbəsinin müdiri, həkim Mətanət Rzayevanın məsuliyyətsizliyi üzündən övladlarının öldüyünü bildirib. “Bütün xəstəxanalarda pul alırlar, dövlət xəstəxanasıdır, amma pulsuz heç nə etmirlər. Uşağın heç bir problemi yox idi, sadəcə yaxşı yemək yemirdi. Xəstəxanada sistem qoşanda nə ediblərsə, uşağın bütün qanı palataya axıb, ölüb”.

Aksiya zamanı onlar nazirə qarşı kəskin ifadələr işlədib, onun öz vəzifəsinin öhdəsindən gəlmədiyini, insanların həyatını məhv etdiyini qeyd ediblər.  Aksiya yerinə polis əməkdaşları cəlb olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=128530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728