Beynəlxalq axtarışda olan “Lexus” Azərbaycanda ələ keçdi – FOTO

27.05.2019 - 23:58

Sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.
BAKU.WS xəbər verir ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi “JTJHY00W104040870” olan “Lexus LX 570” markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün “Lexus Bakı Mərkəzi” MMC-ə məktubla müraciət edilib.
Yoxlama zamanı “Lexus LX 570” markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin “JTJHY00W204024709” olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=128605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728