Yazıçılar Birliyinin Poliklinikasında xeyriyyəçilik aksiyası – FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin poliklinikasında müqəddəs Ramazan ayı münasibətilə xeyriyyəçilik aksiyası keçirilib.
Savash.org xəbər verir ki, müayinə və digər tibbi xidmətlərə ehtiyacı olan imkansız xəstələri əhatə edən aksiya “Dayaq” Xeyriyyə Cəmiyyətinin iştirakı ilə reallaşıb. Belə ki, cəmiyyətin xətti ilə poliklinikaya üz tutan 35 nəfər imkansız xəstə burada pulsuz müayinə olunub, tibb müəssisəsində olan bütün uzi, çekab, və başqa aparatlardan keçiblər.
Onlara terapevt, ginekoloq, nevroloq və başqa həkimlər xidmət göstərib. Xüsusi ehtiyac yarandıqda isə xəstələr aidiyyatı üzrə ölkənin digər dövlət xəstəxanalarına yönləndirilib. Poliklinikanın kollektivi xeyriyyəçilik aksiyasında həvəslə iştirak edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=128757