Milli Parkda uşaqları ağladan “sürpriz”

03.06.2019 - 00:29

Hər il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Dənizkənarı Milli Parkda karusellər və əyləncəli atraksionlar azyaşlı uşaqlar üçün pulsuz olur. Bu il də belə olacağı gözlənilirdi. Lakin bu dəfə işbazlar gəlirsiz işləmək əvəzinə ümumiyyətlə işləməmək qərarına gəliblər. Bulvara axışan vətəndaşlar karusellərin və əyləncəli atraksionların bağlı olduğunu görüblər. Konkret olaraq 229 saylı orta məktəbin 2 “d” sinfinin şagirdləri və onların valideynləri ANAXEBER.info-a bildiriblər ki, iyunun 1-də Dənizkənarı Milli Parkda işlək vəziyyətdə karusel və atraksionlara rast gəlməyiblər. “Heç bir karusel və atraksion işləmirdi. Camaat deyirdi ki, pulsuz olduğuna görə bağlayıblar” -, deyə valideynlər bildirib. Onlar bu hadisədən narazılıqlarını da ifadə ediblər: “Uşaqları sevindirməkdən gözəl nə ola bilər? Amma bu adamlar hətta ildə bir dəfə bunu etmək istəmirlər. Əvvəlki illərdə də elə edirdilər ki, böyük növbələr yaranırdı, adam bura uşaq gətirməyə peşman olurdu”.Valideynlər Dənizkənarı Milli Parkın rəhbərliyini də ittiham ediblər. “Bəs onlar hara baxır?! Niyə tədbir görmürlər? İnandırıcı deyil ki, onların məsələdən xəbəri olmasın”,- deyə valideynlər bildirib.
ANAXEBER.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128764

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031