700 bal toplayan abituriyentləri kim oğurladı: DİM, yoxsa Təhsil Nazirliyi

03.06.2019 - 08:25

1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur. Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə).
Jurnalistlər o uşaqlardan, müvəffəq abituriyentlərdən müsahibələr götürərdilər, hamı onların necə də aydın zəkaya malik olduqlarını, irəlini düşündüklərini, ölkəyə yararlı kadr olmağa hazırlaşdıqlarını görərdi.
Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı. Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin ora-burasını söküb-yığanda, “təkmilləşdirəndə” aydın idi ki, bu mexanizm pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək.
Budur, ölkənin “vunderkind övladları” yoxa çıxıb. Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar. Buna əmin olmaqdan ötrü şəhərin hər tərəfində səhərin altoranlığında əliçantalı abituriyentlərin repetitor yanına getdiyini görmək yetər. Bir səhər o başdan deyil, axşam saat 7-8-də, hətta 9-da belə repetitor yanından qayıdan abituriyentlərə rastlaşmaq mümkündür.
Tələbə olmaq istəyən gənclər oxuyurlar, özlərinə cəfa verirlər, gözlərinin nuru gedir, arıqlayıb çöpə dönürlər. Valideynlər hər ay 200-600 manat aralığında əlavə xərc çəkərək övladlarının ali məktəbə bilik gücünə daxil olmasını təmin etməyə çalışırlar.
Hazırlıq kurslarına və fərdi repetitorlara ödənilən məbləğin arasında disbalans o üzdəndir ki, şəhərin mərkəzi ilə şəhərətrafı qəsəbələr arasındakı tariflər eyni deyil. Üstəlik, adları “bunker müəllimi” kimi çıxmış, həqiqətən də öhdələrinə götürdükləri abituriyentlərin maksimum bal toplamasını təmin edən müəllimlər öz əməklərinin qiymətini elə maksimum həddə müəyyən ediblər.
Valideynlər bu durumdan çox da narazı deyil. Onların başlıca məqsədi odur ki, övladları maksimum bal toplasın və ən yaxşı universitetlərin ən yaxşı fakültələrinə daxil olsunlar ki, ali məktəbdən məzun olduqdan sonra işsiz qalmasınlar.
Bəs DİM-in məqsədi nəydi ki, saat kimi işləyən mexanizmi korladı və builki abituriyentlər maksimum bal toplaya bilmədilər? İndi bizim gözümüzü 700 bala dikməyimizlə deyil, bu, o deməkdir ki, 650-690 bal toplayanlar da azalıb. 500 bal toplayanlar 450 ilə kifayətlənib, 400 bal toplayası gənclər isə 300-dən də aşağı ballarda dayanıblar.
Bəzi müşahidəçilərin fikrincə, DİM-i bu islahata vadar edən başlıca səbəb ildən-ilə 700 və 650-690 bal toplayan abituriyentlərin sayında artım olmasıydı.
Belə çıxırdı ki, abituriyentlər maksimum bal toplamağın çəmini tapmış, sirrini çözmüşdülər və DİM “islahat” keçirərək, bu uğur düsturunu onların əlindən almaq istədi.
Dərindən düşünəndə isə aydın olur ki, bu işdə heç bir sirr-filan yox idi, sadəcə, gənclər özlərindən əvvəlki abituriyentlərin də təcrübəsini əxz etmiş, təhsil alarkən boşluq buraxmır, hansı fənləri necə mənimsəməyi, hardan başlayıb, harda bitirməyi öyrənmişdilər. Bu, onlara aylarla yuxusuz gecə keçirmək, tətil, istirahət bilməmək hesabına başa gəlir. Heç də asan deyil. Heç kim durduğu yerdə 700 bal toplaya bilməz. Bundan ötrü bir dərsi bəlkə də 700 dəfə oxuyub-danışmaq lazımdır.
Ancaq DİM dövlət sifarişi ilə qəbul olunanların sayının minumum olmasını təmin etmək üçün belə bir “islahat” keçirdi və budur, “islahat”ın meyvəsi göz önündədir. Maksimum ballar dövlət sifarişinə düşənlərin minimum sayda olmasına qurban verilib.
Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27 ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı şagirdə “bala, get, gələn il gələrsən” deyə, ağlada-ağlada evə yola salırdılar ki. Test üsulu ilə qəbul isə o ağlaşmaya son qoymuşdu. Belə görünür ki, yavaş-yavaş əski əyyamlara dönürük. Bu, hələ jurnalıdır. Davamı ağlamalı olacaq.

Xalid Kazımlı, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930