Rusiyada azərbaycanlı avtoritet öldü – Yerinə keçəcək namizədlər

03.06.2019 - 08:41

Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib. “Qafqazinfo” Rusiya KİV-nə istinadla xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və “Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan “vor-zakon”un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.

Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.

Hazırda Sverdlovsk əyaləti yeni “nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.

Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan “yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.

9a38325543ce0a10296f16a4434f9ba0

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128777

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30