Jurnalistlər üçün təlimlər keçirildi-“HAQQINA SAHİB ÇIX!”

03.06.2019 - 09:03

Xural.com-a daxil olan məlumata görə, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən təşkil olunan “HAQQINA SAHİB ÇIX!” KAMPANİYASI çərçivəsində jurnalistlər üçün reproduktiv sağlamlıq və hüquqlar mövzusunda Kampaniyanın İşçi Qrupu tərəfindən 31 may-02 iyun 2019 tarixlərində 3 günlük təlim kursu keçirilib.

Kampaniyanın əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılmasıdır.

Kampaniyanın İşçi Qrupunun bir neçə üzvü Vasif İsmayıl, Nicat Gözəlov, Azər Mehtiyev, İlhamiyyə Rza və Əvəz Zeynallı 3 gün ərzində təlimçi qismində reproduktiv sağlamlıq mövzusunun tibbi, hüquqi, əxlaqi-mənəvi, iqtisadi və psixoloji müstəvilərini əhatə ediblər. Təlimin metodologiyasına təqdimatlar, keyzlərin təhlili, qrup çalışmaları, müzakirələr və nəticələrin əldə edilməsi daxil idi.

Eyni zamanda, təlim reproduktiv sağlamlıq və hüquqlar üzrə mövzuların və “HAQQINA SAHİB ÇIX!” kampaniyasının münasib şəkildə mediada işıqlandırılmasına, habelə bu mövzuda xəbərçilik, araşdırma, maarifləndirmə, vəkillik, ictimai rəyin yaradılması istiqamətlərinə xidmət edib.

Təlimin yekununda RİQC-in sədri Şəhla İsmayıl bu təlimi Kampaniyanın media ilə əməkdaşlığa dair digər təşəbbüslərində (media müsabiqəsi, illik media mükafatlandırılması, Kampaniyanın media meneceri vəzifəsində iş imkanı və s.) iştirak etmək üçün önəmli komponent olduğunu qeyd etmiş və Kampaniyanın media dəstəyi barədə ətraflı məlumat vermişdir. Sonda təlimdə iştirak etmiş 26 jurnalist və bloqqer sertifikatla təltif olundular.

 

 

Xural.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930