“Ambassador”da 14 yaşlı qızın zorlanması: hotel rəhbərinin oğlu məhkəmə qarşısında

12.06.2019 - 00:03

Bakıda hoteldə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
İttihama görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da qeyd edilir.Bakı Apellyasiya Məhkəməsində N.Əhmədovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, qızın atası isə mətbuata açıqlamasında bildirib ki, N.Əhmədov onun qızı ilə bir neçə dəfə cinsi əlaqədə olub. Onun sözlərinə görə, hadisə 2018-ci ilin noyabrın 9-dan başlayaraq davam edib, dəfələrlə təkrarlanıb, 4 dəfə olub: “Qarşı tərəf işin əvvəlində barışmaq, adlarının hallanmaması üçün pul təklif etmişdi, mən qəti olaraq razılaşmadım. Oğlan evlidir, 1 yaşlı uşağı var. Atası ilə birgə “Ambassador” oteli işlədirlər”./Unikal.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128898

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930