Azərbaycan səhiyyəsində daha bir ölüm: 11 yaşlı uşaq Sabunçu xəstəxanasında can verdi

12.06.2019 - 00:46

İyunun 5-də tut ağacından yıxılan 11 yaşlı Sənan Əliyev bu gün dünyasını dəyişib. Cumhuriyyet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə uşağın atası Elman Əliyev məlumat verib. Ata iddia edir ki, oğlunun yatdığı xəstəxanada çalışan həkim onun ölümündə günahkardır: “Hər şey Sabunçu xəstəxanasında işləyən İmdad həkimin növbəsində baş verdi. Bura dəlixanadır. Yalnız bir süni nəfəs aparatı ilə bütün xəstələrə yardım etməyə çalışırlar. Belə olmaz axı. Uşaq xəstəxanaya yatırıldığı günün gecəsində onu süni nəfəs aparatından ayırmrasaydılar, bu hadisələr baş verməyəcəkdi. Hər şey İmdad adlı həkimin səhlənkarlığından baş verdi”.
Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu ərazisində baş vermişdi. 3 metr hündürlükdən kürəyi üstdə yıxılan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Həkimlər isə ona kəllə-beyin travması diaqnozu qoymuşdular. Sənan Əliyevin yaxınları Sputnik Azərbaycan-a açıqlamada onun xəstəxanaya yerləşdirildiyi ilk gündə huşunun yerində olduğunu, hətta növbəti gündə palataya köçəcəyi ilə bağlı verilən vədlərlə ümidləndiklərini bildiriblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölüm işi ilə əlaqədar istintaq başlanılıb. Əgər ölüm hadisəsində həkim səhlənkarlığı təsdiqini taparsa, buna hüquqi müstəvidə qiymət veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128908

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930