DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda 20 mindən çox nikahdankənar uşaq doğulub

12.06.2019 - 00:59

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Cumhuriyyet.az Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.
2018-ci ildə isə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 14,9 faizini təşkil edib ki, bu göstərici də 2014-cü il üzrə eynilik təşkil edib. 2014-cü ildə nikahda olmayan qadınlar tərəfindən 25 486 uşaq dünyaya gətirilib ki, onun 14,9 faizini rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqlar təşkil edib. Nikahsız qadınların dünyaya gətirdiyi uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.
2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən şəhər yerlərində 7509, kənd yerlərində 13 207 uşaq dünyaya gətirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128910

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031