Şeyx erməni katolikosuna cavab verdi – Video

12.06.2019 - 01:05

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı açıqlama verib. Allahşükür Paşazadə Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün təhrikedici və qızışdırıcı bəyanatına da münasibət bildirib.

“Xəzər Xəbər”in məlumatına görə, Şeyxülislam Allahşükür Paşazadə deyib ki, I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanatı bölgə xalqlarının hiddətinə səbəb olub.

O, müsahibəsində erməni dini rəhbərliyinin vəzifə borcunun əksinə hərəkət etdiyinə diqqət çəkib.

Şeyxülislam bildirib ki, siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi ilə bağlı bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir.

Şeyxülislam bildirib ki, münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosun məramı aydındır. Azərbaycan nə qədər xoş niyyətini bəyan etsə də, Ermənistan dini lideri siyasi oyunların içərisində oyuncağa çevrilib.

Allahşükür Paşazadə bildirib ki, I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınm

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128912

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930