“Azərsu“ ASC-nin tender şefi Almaniyada şirkət açıb – Madər Quliyev kimdir?

12.06.2019 - 01:50
“Azərsu Açıq Səhmdar Cəmiyyətinin Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev də Almaniyada şirkət açıb”.  Cumhuriyyet.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, Madər Quliyev 2013-cü il oktyabrın 2-də Charlottenburg (Berlin) ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi şirkət (şəhadətnamə nömrəsi: HRB 153117 B) LoMa TECHNİCAL CONSULT INTERNATİONAL GmbH adlanır. Şirkət Berlinin Katteweg 26 ünvanında yerləşir və 2016-cı il aprelin 18-ə qədər LOTHAR ROHRBACH idarə edib: “LoMa” Lothar və Madər adlarının abbreviaturasıdır. Şirkət su mühəndis qurğularının texniki məsləhət xidmətlərinin həyata keçirilməsi ilə məşğuldur və Azərsu ASC-nin texniki qurğuların alınması ilə bağlı beynəlxalq səviyyəli sifarişləri bu şirkət üzərindən həyata keçirilir”.
Jurnalist bildirib ki, Madər Quliyev Azərsu ASC-nin bütün tenderlərinə cavabdeh şəxsdir.  Yeri gəlmişkən, Səhmdar Cəmiyyətin tenderlərində tələb olunan birinci şərt belədir: “Maraqlanan iddiaçılar tender sənədlərinin tam dəstini (çap nüsxədə) yazılı formada ərizə təqdim etdikdən və hər lot üzrə geri qaytarılmayan 300 AZN (üç yüz Azərbaycan manatı) aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra qeyd olunan ünvandan əldə edə bilərlər”.
Yəni şirkətlər 300 manat vəsaiti nəticədən asılı olmayaraq, Azərsu ASC-yə ödəyir.  Ölkədə dövlət nəzarətində olan müəssisələtdə tenderin necə keçirildiyi, dövlət sifarişlərinin hansı qaydada hansı şirkətlərə verildiyi hər kəsə aydındır. Yəqin əlavə izahata ehtiyac qalmır”.
Məsələ ilə bağlı Madər Quliyevin mövqeyini də dinləməyə hazırıq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128916

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930