Azərbaycanda bu enerji içkilərinin satışı qadağan olunacaq

09.07.2019 - 18:53

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir.

“Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki Şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, yerli və beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”.

Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrin adı qeyd edilib: “Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofeinin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Həmçinin tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil.

Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=129295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728