Daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

10.07.2019 - 11:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 581 şəhidin 881 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər görülür.

Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə onların telefon nömrələrinə mesajla bildiriş göndəriləcək.

Qeyd edək ki, dövlət başçısının 19 aprel 2018-ci il tarixli və 28 yanvar 2019-cu il tarixli fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11067 şəhidin 16394 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Beləliklə, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminat proqramının icrası 90,2 faizə çatıb.(virtual)

Short URL: http://www.cumhuriyyet.net/?p=129331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728