Sərinləşdirici içki alanda nələrə diqqət etməliyik?

10.07.2019 - 12:31

İctimai iaşə müəssisələrində verilən sərinləşdirici içkilərdən zəhərlənməmək üçün onların rənginə diqqət etmək lazımdır.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova bildirib.

O qeyd edib ki, insanlar yalnız restoranlarda deyil, marketlərdə də diqqətli olmalıdırlar:

“İlk növbədə, müştəri məhsulu alan zaman onun vizual görünüşünə baxmalıdır. Qablaşdırmada hər hansı şişmə halı varsa, o məhsulu almaq lazım deyil. Eyni zamanda, tetra-pak qablaşdırmalarda olan sərinləşdirici içkilərin rənglərində dəyişiklik sezilirsə, bu məhsulları da almaq tövsiyə edilmir. Şəffaf şüşə qablarda da rəng dəyişikliyini müşahidə etmək olur.

Bu kimi məhsulların istehlakı qida təhlükəsizliyi baxımından yanlışdır. Satıcılar bu məhsulların saxlanma şəraitinə riayət etməlidirlər. Sərinləşdirici içkilərin Günəş şüalarının birbaşa təsiri altında saxlanılması yanlışdır. Bundan başqa, küçələrdə açıq piştaxtalar üzərində meyvə şirələri və digər qablaşdırmalarda olan sərinləşdirici içkilərin saxlanması qida təhlükəsizliyinin kobud şəkildə pozuntusu deməkdir”.

Müxtəlif adlarda qazlı və qazsız suların satışına da münasibət bildirən A.Cəlilova məhsulların üzərində göstərilməli olan minimum məlumatlardan da danışıb:

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, hər bir məhsulun üzərində göstərilməsi vacib olan minimum məlumatlar var. Həmin məlumatlarda məhsulun tərkibi, saxlanma şəraiti qeyd olunur. Əgər bununla bağlı hər hansı məqamla rastlaşan istehlakçı varsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Qaynar xətt”inə müraciət edə bilər. Tez bir zamanda agentlik tərəfindən şikayət əsasında araşdırmalara başlanılır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129361

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930