“Bakcell” ən yüksək nəticə göstərməkdə davam edir

17.07.2019 - 15:59

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq “Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən yüksək nəticə göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=129688

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728