Çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas edildi
Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, dünən qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir, Qızılqum, Şirvan, Bilgəh, Yevlax, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=129845