Paytaxtda iki qəza: 8 nəfər xəsarət aldı
Bu gün paytaxtda iki yol nəqliyyat qəzası baş verib, yaralılar var. Binəqədi şossesində baş verən qəza nəticəsində 5 kişi xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, yaralılar Respublika Klinik Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün altında) baş verən digər zəncirvari qəzada isə 24, 53 yaşlı iki qadın və 54 yaşlı bir kişi xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə çatdırılıblar, vəziyyətləri orta-ağırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=130061