Azərbaycanda ilki bu müəllim bacardı

23.07.2019 - 17:06

İyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, kimya ixtisası üzrə təhsil alan müəllimlərin müsabiqəsində 1991-ci il təvəllüdlü Aidə Sadiqova namizədlər arasında imtahanlardan 60 bal toplayan ilk iştirakçı olub.

İmtahanlara hazırlaşmadığını deyən A.Sadiqova suallarda heç bir çətinlik çəkmədiyini bildirib:

“İmtahanlara çox hazırlaşdığımı deyə bilmərəm. Amma suallar əhatəli idi. İmtahanlarda mənə ailəmin dəstəyi çox kömək oldu. Onların inamı, güvəni mənim üçün əvəzsiz motivasiya idi. İxtisas sualları çox asan idi. Kurikulumda bir qədər çətinlik çəkdim. Maksimum bal topladım. Özüm Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin məzunuyam.

Əgər vakansiya olsaydı, elə öz məzun olduğum məktəbdə müəllim kimi çalışmaq istərdim. Əsas odur ki yaşadığım əraziyə yaxın olan təhsil müəssisələrindən birində vakansiya təklif olunsun”.

Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, iyulun 8-dən etibarən alman dili, tarix, fizika, fransız dili, musiqi, informatika, rus dili, ingilis dili, biologiya, coğrafiya, ibtidai sinif, fiziki tərbiyə, təsviri incəsənət və riyaziyyat üzrə test imtahanları keçirilib.

Növbəti günlərdə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahanlarda iştirak edəcək. İmtahanlar iyulun 24-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=130086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728