Beynəlxalq Bankın Yevlax filialında özbaşınalıq – VİDEO

24.07.2019 - 18:50

Hadisə Beynəlxalq Bankın Yevlaxda yerləşən filialında baş verib.

Fan.Az – ın redaksiyasına müraciət edən ehtiyatda olan hərbi qulluqçu Knyaz Əliyev ev kirayəsinə görə ona ödənilən kompensasiya pulunu ala bilmədiyindən şikayətlənib.

Bank əməkdaşı Tural Nuriyev hərbi qulluqçuya hesabına köçürülən məbləğ haqda məlumat versə də, pulun sahibinə yalnız vəsaitin haradan daxil olması haqqında məlumatın onlara verilməsindən sonra təqdim ediləcəyini bildirib. Bank əməkdaşı dövlət büdcəsindən gələn bütün pulların araşdırılmalı olduğunu qeyd edib. O deyib ki, banka bu məbləğin həqiqətən də kirayə haqqı ilə bağlı hesaba köçürülməsi haqqında onlara ya bildiriş gəlməli, ya da İcra hakimiyyəti tərəfindən şifahi xəbərdalıq edilməlidir.

Knyaz Əliyev isə 3 ildir bankın bu filialından həmin məbləği maneəsiz aldığını söyləyib.

Ehtiyatda olan zabit bildirib ki, dövlət başçısının fərmanına əsasən onun hesabına yatırılan məbləğdə artım olub. O üzdən də 3 aylıq pul bir qədər artaraq 700 manatı keçib. Ötən dəfədən qalan 99 manat da bura əlavə olunub.

Maraqlısı odur ki, bank əməkdaşı nəyə əsasən və hansı haqla vətəndaşa çatacaq vəsaitin alınmasına maneə yaradıb. Fan.Az redaksiyası olaraq, qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=130175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728