Müəllim olmaq istəyən 33 nəfərin imtahan nəticəsi ləğv olundu
Müəllimlərin builki işə qəbulu imtahanlarında 33 nəfərin imtahan nəticəsi ləğv edilib.
Virtualaz.org-un məlumatına görə, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, namizədlər arasında ən çox pozuntu halı köçürməyə cəhd, yanındakı şəxslə danışması olub: “Digər geniş yayılmış nöqsan başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtahana qatılmaqdır. Bundan əlavə, xüsusi radiotexniki qurğularla da keçməyə cəhd edənlər də olub”.
Short URL: http://www.cumhuriyyet.net/?p=130212